2025-ci ilin 3-7 fevral tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən ProdEkspo 2025 beynəlxalq qida sərgisində Azərsun Holdinq və Mors Trading olaraq iştirak etdik.
Sərgidə Azərsun Holdinq Şirkətlər Qrupuna aid fabrik və zavodlarda istehsal olunan çay, mürəbbə, kompot, limonad, nar şirəsi, turşu məhsulları, digər tərəvəz konservləri, yağ növləri, souslar, şokolad məhsulları və daha bir çox çeşidli məhsulumuzu təqdim etdik.
Ziyarətçilər üçün məhsullarımızın dequstasiyasını təşkil edərək, xüsusilə kompot, nar şirəsi, limonad və mürəbbələrimizin dadını tanıtmaq imkanı yaratdıq. Keyfiyyəti və zəngin çeşidliliyi ilə fərqlənən məhsullarımız sərgi iştirakçılarının böyük rəğbətini qazandı.
Sərgi çərçivəsində Rusiya Federasiyasındakı distributorlarımızla görüşərək bu bazara ixrac həcmlərimizi artırmaq üçün vacib müzakirələr apardıq.
Bundan əlavə, sərgidə məhsullarımıza maraq göstərən müxtəlif şirkət nümayəndələri ilə məhsuldar işgüzar görüşlər keçirdik.