2025-ci ilin 24-27 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən 2-ci Məkkə Halal Forum sərgisində Azersun Holdinq, o cümlədin Mors Trading olaraq iştirak etdik. Sərgidə Azersun Holdinq Şirkətlər Qrupuna aid fabrik və zavodlarda istehsal edilmiş məhsulların, o cümlədən, çay, mürəbbə, kompot, limonad, nar şirəsi, turşu məhsulları, digər tərəvəz konservleri, yağ məhsulları, sous məhsulları, şokolad məhsulları və s. məhsullarımızın nümayişini həyata keçirdik.
Sərgi zamanı bir çox məhsullarımızın dequstasiyasını təşkil etdik. Əsasən çay, kompot, nar şirəsi, limonad və mürəbbə məhsullarımızın dequstasiyaları keçirilirdi. Məhsullarımız keyfiyyəti, dadı ve geniş çeşidliliyi sərgiyə gələn hər kəs tərəfindən bəyənildi.
Həmçinin sərgiyə gələn ve məhsullarımızla maraqlanan digər şirkət nümayəndələri ilə bir sıra vacib görüşlər keçirildi.