Fəaliyyətə başladığı dövrdən ölkənin qida təminatında mühüm rol oynayan “Azərsun Holdinq” hazırda Azərbaycanın ərzaq təhlükəsizliyinin əsas təminatçılarındandır. Holdinqin nəzdində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi yüksək keyfiyyətli məhsullar ən müasir dünya standartlarına cavab verir. Bunun nəticəsidir ki, “Azərsun Holdinq” rəqabətin güclü olduğu bazarda bol çeşidli və yüksək keyfiyyətli məhsulları ilə nəinki yerli istehlakçıların məmnunluğunu, eləcə də dünya bazarlarını fəth etməyi, ABŞ, Avropa, Yaxın Şərq, MDB ölkələrinin istehlakçılarının rəğbətini qazanmağı bacarıb.